İntensiv yağıntılar Azərbaycanın şimal rayonlarında da ciddi fəsadlara səbəb olub.
Bakıvaxtı.az-ın əldə etdiyi xəbərə görə, Şabran rayonu və Xudat qəsəbəsində bir sıra əraziləri su basıb.
Xüsusilə yaşayış evlərinin həyətyanı sahələrinə və küçələrə su yığılıb qaldığı bildirilir.
Bəzi yerlərdə suyun səviyyəsi artaraq yolları keçilməz hala salıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Sakinlərin sözlərinə görə, intensiv yağıntılar nəticəsində yaranan vəziyyət gündəlik həyatı çətinləşdirib.
Qeyd edək ki, son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bir sıra bölgələrdə sel və subasma halları qeydə alınır. /oxu.az
Bakı 




