• Bakı 10° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Çaylarda sululuq artıb, sel olub - VİDEO 

CƏMİYYƏT

28 Mart 2026 | 14:13

Çaylarda sululuq artıb, sel olub - VİDEO 

Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Bu barədə Bakıvaxtı.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.

Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2–61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba–Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.

Qarabağ və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda suyun səviyyəsi 2–78 sm artıb, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb.

Eyni zamanda, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran–Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4–19 sm artıb.

Mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir.

 


SON XƏBƏRLƏR

27 Mart 2026