• Bakı 10° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

ABL-də müntəzəm mövsümün sonuncu turu start götürür

İDMAN

28 Mart 2026 | 09:22

ABL-də müntəzəm mövsümün sonuncu turu start götürür

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turu start götürür.

Bakıvaxtı.az xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar münasibətləri aydınlaşdıracaqlar.

Saat 15:00-da "Quba" kollektivi Quba Olimpiya Kompleksində "Naxçıvan"ı sınağa çəkəcək.

"Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" duelləri isə "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Bu qarşılaşmaların start fiti müvafiq olaraq saat 17:00 və 20:00-da səslənəcək.

Qeyd edək ki, 19 oyundan sonra "Ordu" 36 xalla B qrupunun liderdir. "Naxçıvan" (34 xal) ikinci, "Sərhədçi" (26 xal) üçüncü, "Sumqayıt" (26 xal) dördüncü, "Quba" (26 xal) beşinci, "Lənkəran" (23 xal) altıncıdır.


SON XƏBƏRLƏR

27 Mart 2026