• Bakı 10° C

    9.59 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Çin və Rusiya Türkiyəyə vasitəçilik təklif edir

DÜNYA

27 Mart 2026 | 23:19

Çin və Rusiya Türkiyəyə vasitəçilik təklif edir

Çin və Rusiya da daxil olmaqla bir sıra ölkələr ABŞ–İran–İsrail müharibəsinin dayandırılması üçün Türkiyəyə vasitəçilik təklif edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə müxtəlif ölkələr Ankaraya müraciət edərək münaqişənin həlli üçün birgə addımların mümkünlüyünü müzakirə edirlər.

    “Avropadakı böyük ölkələr, Çin və Rusiya da daxil olmaqla "birlikdə nə edə bilərik" deyə təkliflər verirlər. Yəni vasitəçilik və ya həllə töhfə vermək üçün hansı addımları ata biləcəyimizi soruşurlar”, – deyə o qeyd edib.

    Nazir vurğulayıb ki, müharibə uzandıqca qlobal iqtisadi böhran riski artır.

    Diplomatın sözlərinə görə, xüsusilə enerji böhranı səbəbindən Avropa və Asiyada istehsal xərcləri və qiymətlər yüksəlir.

    Fidan əlavə edib ki, hazırda müəyyən “sükut” müşahidə olunsa da, bu vəziyyət davamlı deyil və münaqişə uzanarsa daha ciddi iqtisadi nəticələr yarana bilər.


    SON XƏBƏRLƏR

    27 Mart 2026