Qardaş Türkiyədə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, AFAD tərəfindən yayılan məlumata görə, Türkiyənin Muş vilayətində 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:48-də baş verib.
Qurumun açıqlamasında bildirilib ki, zəlzələnin ocağı 15.56 kilometr dərinlikdə yerləşib. Digər tərəfdən, Kandilli Rəsədxanası isə zəlzələnin dərinliyini 5 kilometr olaraq açıqlayıb.
Hazırda hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.
Bakı 




