• Bakı 11° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu yolda avtomobillərin hərəkəti qismən bərpa olundu

CƏMİYYƏT

28 Mart 2026 | 18:53

Bu yolda avtomobillərin hərəkəti qismən bərpa olundu

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.

Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.

Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.


SON XƏBƏRLƏR