• Bakı 11° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu yolda avtomobillərin hərəkəti bərpa olundu 

CƏMİYYƏT

28 Mart 2026 | 19:13

Bu yolda avtomobillərin hərəkəti bərpa olundu 

Quba-Xınalıq avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bakıvaxtı.az Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra qaya daşlarının uçması nəticəsində Xınalıq kəndinə gedən yol bağlamışdı.

Belə ki, qaya parçaları yolun 30-32-ci kilometrliyinə tökülüb və 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sahə rəisi Bilal Sultanov "Report"un yerli bürosuna bildirib ki, Xınalıq-Quba istiqamətində gediş-gəliş təmin edilib. Onun sözlərinə görə, qaya daşlarının yoldan tam təmizlənməsi bir neçə gün vaxt aparacaq./Report 


SON XƏBƏRLƏR