Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubionun Ukraynada nizamlanmaya yönəlmiş danışıqların məzmunu ilə bağlı Zelenskinin yalan danışdığını iddia etdiyi açıqlamasına münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Zelenski şənbə günü jurnalistlərlə söhbəti zamanı deyib:
"Danışıqlar prosesi boyunca eşidilən bütün siqnallar göstərir ki, biz ABŞ-dən təhlükəsizlik zəmanətlərini atəşkəsə qədər, münaqişənin bitməsinə qədər deyil, qoşunlarımız Donbası tərk etdikdən sonra ala biləcəyik".
Daha əvvəl Rubio Zelenskinin Kiyevin yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbasdan geri çəkilməsi halında təhlükəsizlik zəmanəti alacağı barədə dediklərini yalan adlandırmışdı.
“Münaqişə bitməzdən əvvəl zəmanət almaq istərdik, amma bizə “yox” cavabı verildi. Mən bunun işə yaramayacağını dedim”, - deyə Zelenski qeyd edib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq üçün Kiyevə təzyiq göstərməsindən təəssüfləndiyini bildirən əvvəlki açıqlamasına da münasibət bildirib: "Mən heç vaxt amerikalıların bizə təzyiq göstərdiyini deməmişəm. Nə baş verdiyini başa düşürük. Heç kimə yalan danışmamışam".
Zeynəb Rzayeva
Bakı 




