• Bakı 10° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Livanda bir ayda 51 tibb işçisi həlak olub

DÜNYA

28 Mart 2026 | 22:46

Livanda bir ayda 51 tibb işçisi həlak olub

"Mart ayında Livanda vəzifə başında həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

O, "X"də yazıb: "Bu gün Livanın cənubunda yeni bir faciə baş verdi: tibb müəssisələrinə edilən beş hücumda doqquz paramedik həlak oldu və bu ay öldürülən tibb işçilərinin sayı 51-ə çatdı".

Qebreyesus qeyd edib ki, bu gün baş verən hadisələrdə Livanın beş kəndində çalışan səhiyyə işçilərindən ibarət qruplara vəzifə başında olarkən hücum edilib.

ÜST rəhbəri tibb müəssisələrinə təkrarlanan hücumların Livanın cənubundakı səhiyyə xidmətlərinə ciddi şəkildə mane olduğunu vurğulayıb: "Hazırda dörd xəstəxana və 51 ilkin səhiyyə mərkəzi bağlıdır".

O əlavə edib ki, bir neçə digər tibb müəssisəsi qismən ziyan görüb və məhdud şəkildə fəaliyyət göstərir.

Livan Səhiyyə Nazirliyi daha əvvəl respublika ilə İsrail arasında hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayının 1100 nəfəri keçdiyini, 3300 nəfərin isə yaralandığını bildirmişdi.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Mart 2026