Ukraynanın keçmiş kənd təsərrüfatı naziri Nikolay Solski barəsində 1,4 milyon dollar girov müqabilində məhkəməyəqədər həbs qərarı verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko bildirib.
“Bu gün Ukraynanın keçmiş aqrar-sənaye inkişafı nazirinin - 63,7 milyon qrivna (təxminən 1,4 milyon dollar) məbləğində girov qoymaqla - barəsində həbs qərarı verilib. Girov məbləği ekspert qiymətləndirməsi ilə təsdiqləndiyi kimi, zərərçəkmiş tərəfə dəymiş ziyanın tam məbləğinə uyğundur”, — deyə o, Telegram kanalında yazıb.
Solski təxminən 1,4 milyon dollar dəyərində saxta taxıl satışı sxemi təşkil etməkdə şübhəli bilinir. O, kənd təsərrüfatı müəssisəsinin direktoru və texniki meneceri ilə birlikdə irimiqyaslı fırıldaqçılıqda ittiham olunur. İşin bir hissəsi olaraq Kiyevdə və ətraf bölgədə 26 axtarış aparılıb.
Solski 2019-cu ildən 2022-ci ilə qədər hakim Xalqın Xidmətçisi Partiyasının parlament üzvü olub. O həmçinin parlamentin aqrar siyasət komitəsinə sədrlik edib. 2022-ci ilin mart ayında Solski Ukraynanın aqrar siyasət və ərzaq naziri təyin edilib. 2024-cü ilin aprel ayının sonunda Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu onu 2493 hektar dövlət torpağını qanunsuz mənimsəməkdə ittiham edib. Korrupsiya qalmaqalı fonunda Solski istefa verib./Teleqraf
Bakı 




