İsveçrənin "Nestlе" şirkəti 12 ton və ya 413 793 ədəd "KitKat" şokolad batonunun oğurlandığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" qəzeti xəbər verib.
Məlumata əsasən, bu şokoladlar yük maşını ilə birlikdə yoxa çıxıb. Şirniyyatlar İtaliyadakı fabrikdən Polşaya daşınarkən yoxa çıxıb.
Şirkət qeyd edib ki, oğurlanmış "KitKat" şokoladları qeyri-rəsmi olaraq satışa çıxarıla bilər.
Lakin bu halda belə onların mənşəyini ştrixkod vasitəsilə izləmək mümkün olacaq. Şokoladla örtülmüş vaflilərlə hazırlanan bütün plitkaların ştrixkodları unikal olur. Buna görə də ştrixkod skan edildikdə dərhal məlumat görünəcək ki, bu oğurlanmış partiyanın bir hissəsidir.
Bakı 




