• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu - FOTO - YENİLƏNİB

DÜNYA

29 Mart 2026 | 11:23

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu - FOTO - YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, görüntü son həftələrdə həmin bazaya yerləşdirilmiş “E-3 Sentry” tipli, “81-0005” bort nömrəli təyyarəyə uyğundur.

Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır “E-3 Sentry” təyyarəsi olub.

"The Wall Street Journal" yazır ki, “E-3 Sentry” təyyarə parkı üçün hazır və dərhal istifadəyə yararlı alternativ mövcud deyil. Ən yaxın əvəzləyici kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin isə təxminən 700 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “E-3 Sentry” uzaq məsafədən hava məkanını izləmək, raket və pilotsuz uçuş aparatlarını aşkar etmək, həmçinin əməliyyatlar zamanı real vaxt rejimində koordinasiya üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə təyyarəsidir./APA 

***

10:16

Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.

Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.


SON XƏBƏRLƏR

28 Mart 2026