• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Hizbullah" İsrail əsgərlərini bombaladı

DÜNYA

29 Mart 2026 | 08:43

Hizbullah İsrail əsgərlərini bombaladı

Son 24 saat ərzində "Hizbullah" Livandan 250-yə yaxın mərmi atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi qaydalara uyğun olaraq anonimlik şərti ilə danışan İsrail hərbi rəsmisinə istinadən "Associated Press" məlumat yayıb.

Rəsmi nümayəndə bildirib ki, mərmilərin əksəriyyəti Livanın cənubunda fəaliyyət göstərən İsrail əsgərlərini hədəf alıb. Mərmilərdən yalnız 23-ü İsrailə atılıb. İsrailin şimalında həm "Hizbullah", həm də İran tərəfindən gələn mərmilər barədə xəbərdarlıq edən sirenlər hələ də davamlı olaraq səslənməkdədir.

İsrail hərbçiləri bildiriblər ki, "Hizbullah"ın raket atəşləri nəticəsində ən azı doqquz əsgər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.


SON XƏBƏRLƏR

28 Mart 2026