Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
13:52
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
***
13:23
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
***
12:31
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bakı 






