• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rusiya İrana kömək edir - Zelenski

DÜNYA

29 Mart 2026 | 11:45

Rusiya İrana kömək edir - Zelenski

Rusiya tərəfi ABŞ-nin Səudiyyə Ərəbistanındakı aviabazasının peyk görüntülərini çəkərək İranın həmin obyektə hücumuna şərait yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə əldə olunmuş kəşfiyyat məlumatlarını media ilə bölüşüb.

O bildirib ki, Rusiya hücumdan əvvəl həmin bazanın görüntülərini üç dəfə peyk vasitəsilə qeydə alıb:

"İranlılara kömək etmək Rusiyanın maraqlarına xidmət edir. Mən buna sadəcə inanmıram, bunu bilirəm ki, onlar məlumat paylaşırlar".

Qeyd edək ki, hücum nəticəsində ABŞ-yə məxsus qırıcı təyyarələrə ciddi ziyan dəyib, hərbçilər arasında yaralananlar olub.


SON XƏBƏRLƏR

28 Mart 2026