"Kreml Rusiya və ABŞ parlamentariləri arasında təmasların davam edəcəyini gözləyir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
O, Rusiya parlamentarilərinin ABŞ-yə səfəri və orada keçirilən görüşləri şərh edərkən bildirib: "Ümid edirik ki, bu əlaqələrdən sonra yeniləri, bəlkə də daha məzmunlu əlaqələr yaranacaq".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Lunanın dəvəti ilə beş rusiyalı qanunvericidən ibarət qrup ABŞ-yə səfər edib. Həm respublikaçıların, həm də demokratların qatıldığı görüş Vaşinqtonda baş tutub. Gündəliyə ikitərəfli məsələlər, Ukrayna böhranı, Yaxın Şərq münaqişəsi və digər məsələlər daxil olub.
Əli Hüseynov
Bakı 




