Dağıstanın Xasavyurd rayonu ərazisində leysan yağışları səbəbindən 460-dan çox ev su altında qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Bahautdin Mamayev bildirib, onun sözləri rayon administrasiyasının "Telegram" kanalında yer alıb.
Məlumata görə, hazırda əhalinin təxliyəsi aparılır.
"Hazırda 468 ev subasmaya məruz qalıb, yerli əhalinin tam təxliyəsi aparılır", - hakimiyyət nümayəndəsi dəqiqləşdirib və əlavə edib ki, sakinlər "UAZ" və "KamAZ" avtomobillərinin köməyi ilə daşınır. Ərazidə üç müvəqqəti yerləşdirmə məntəqəsi təşkil edilib.
Bakı 




