• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

İDMAN

29 Mart 2026 | 09:01

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.


SON XƏBƏRLƏR

28 Mart 2026