Hazırda icarə əsasında "Barselona" klubunda çıxış edən "Mançester Yunayted"in hücumçusu Markus Reşford Kataloniya təmsilçisi ilə tamhüquqlu müqaviləni razılaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin məlumatına görə, saziş 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bildirilir ki, həm oyunçu, həm də klub əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar.
"Mançester Yunayted" və "Barselona" arasındakı icarə müqaviləsində M.Reşfordun transfer qiyməti 30 milyon avro təşkil edir.
Bakı 




