q
  • Bakı 11° C

    16.55 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Turan Tovuz" "Zirə" ilə heç-heçə edib

İDMAN

27 Aprel 2026 | 20:00

Turan Tovuz Zirə ilə heç-heçə edib

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib - 1:1.

Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.

Tovuz klubu 56 xalla üçüncü, "Zirə" 46 xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Karvan-Yevlax"ı qəbul edəcək.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.


SON XƏBƏRLƏR