• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Suriya hərbi bazası hücuma məruz qaldı

DÜNYA

29 Mart 2026 | 09:47

Suriya hərbi bazası hücuma məruz qaldı

Suriyanın şimal-şərqindəki Haseke əyalətində yerləşən Kəsrək hərbi bazasına qonşu İraqdan buraxılan dronlar hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Suriya ordusu yayıb.

Suriya ordusu "ölkə ərazisinə edilən dron hücumuna görə İraq hökumətini məsuliyyətli bilir". Hücum nəticəsində bazaya dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat yoxdur.

Martın 24-də İraqda fəaliyyət göstərən militant şiə qrupları Haseke əyalətindəki Rmeilan neft yatağına hücum elan ediblər. Suriya Ərəb Ordusunun Birgə Əməliyyatlar Komandanlığı bildirib ki, İraq ərazisindən, Suriya-İraq sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən bir kənddən beş raket atılıb.

Qeyd edək ki, Kəsrək ABŞ və koalisiya qüvvələrinin Suriyada yerləşdiyi hərbi bazalardan biridir. Koalisiya qüvvələri 2024-cü ildə bazanı tərk edib. 


SON XƏBƏRLƏR

28 Mart 2026