Bərdədə 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Yanğına qaz balonunda yaranan nasazlıq nəticəsində sızmanın baş verməsinin səbəb olduğu deyilir.
Hadisə yerinə FHN-nin Bərdə yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısını alınıb.
Faktla bağlı araşdırma başlanıb.
Bakı 








