q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Yulafın faydaları: Düzgün istifadə etmədikdə nələr olar?

CƏMİYYƏT

16 Aprel 2026 | 15:44

Yulafın faydaları: Düzgün istifadə etmədikdə nələr olar?

Yulaf sınanmış müalicəvi vasitələrdən biri hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, elmi adı Avena Sativa olan yulafın tərkibi orqanizm üçün lazım olan vitamin, mineral, lif və antioksidantlarla zəngindir.

Həmçinin sağlamlıq üçün faydalı olan beta-qlükan adlı əvəzsiz bir lifə malikdir. Belə ki, yulaf manqanez, fosfor, mis, dəmir, selenium, maqnezium və sink kimi orqanizm üçün faydalı minerallar və yüksək miqdarda B1 vitamini ehtiva edir.

Avstraliyalı alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, yulaf sıyığı mədənin işinin normallaşmasına, immunitetin möhkəmlənməsinə və ürək-damar sisteminə müsbət təsir edir. Tərkibindəki zəngin liflər bağırsaqların düzgün çalışması üçün də çox faydalıdır. Qəbzliyin tez aradan qalxmasına yardımçı olur. Tərkibində olan mis, sink, selenium və niasin kimi vitamin və minerallar dəri sağlamlığı üçün də çox faydalıdır.

Yulafı təmiz formada, əlavə şəkər və ya yüksək dərəcədə emal olunmuş inqrediyentlər olmadan yemək, xüsusilə beta-qlükanla əlaqəli olan qan şəkərinin tənzimlənməsi və metabolik sağlamlıq üçün faydalı xüsusiyyətlərinin qorunmasına kömək edir.

Yulafın ən məşhur istifadə formalarından biri səhər yeməkləridir. Yulaf əzməsi (oatmeal) isti su və ya süd ilə bişirildikdən sonra üstünə meyvə, darçın, bal, toxum və qoz-fındıq əlavə istifadə edilə bilər. Bu, həm enerjili, həm də tox saxlayan balanslı bir yeməkdir.

Yulafdan səhərlər iki həftə istifadə etdikdən sonra ən azı 14 günlük fasilə verilməlidir. Bu fasilədən sonra yulafı yenidən rasiona daxil etmək olar. Düzgün istifadə üçün yulaf gündə 40–50 qramlıq səhər yeməyi, yemək ara yemək və ya bişmiş halda qəbul oluna bilər. Yulafdan həddindən artıq istifadə etmək qaz və köp kimi həzm problemləri yarada bilər. Gecə isə yüngül porsiyada, az miqdarda yulaf pudingi və ya qaynadılmış yulaf yemək mümkündür. Bu həm toxluq hissi yaradır, həm də yuxunu pozmur.

Gülşən Şərif


SON XƏBƏRLƏR