Rusiya ordusunun aprelin 16-na keçən gecə Ukraynanın Odessa şəhərinə hava hücumu nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak “Telegram” səhifəsində bildirib.
"Bu gecə şəhər Odessa şəhəri bir neçə raket və pilotsuz təyyarə hücumu ilə üzləşib. Şəhərin Hacıbeyli rayonundakı infrastruktur obyektlərinə və yaşayış binasına ziyan dəyib, partlayış dalğası bir neçə binanın pəncərələrini sındırıb. Bundan əlavə, “Primorski” rayonundakı parkda da ziyan qeydə alınıb”, - deyə Lisak əlavə edib.
Bakı 





