• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Körpə qızdırmadan öldü - YENİLƏNİB

HADİSƏ

16 Aprel 2026 | 13:27

Körpə qızdırmadan öldü - YENİLƏNİB

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

***

12:32

Gədəbəydə körpə qızdırmadan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


SON XƏBƏRLƏR