Aprelin 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Vüsal Nəsirli Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub.
Bakıvaxtı.az xəbər verir ki, AAYDA-nın sədri, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və əlaqədar dövlət qurumlarının nümayəndələri yolun 42-ci kilometrliyində - torpaq sürüşməsi baş verən ərazidəki mövcud vəziyyət və çəkilən müvəqqəti alternativ yolun tikintisi ilə tanış olub, müvafiq tapşırıqlarını veriblər.
Əraziyə baxış zamanı sürüşmənin fəsadları, problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Qeyd olunub ki, ərazidə müvafiq tədqiqatlar aparıldıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsinin təmin edilməsi məqsədilə lazımi tədbirlər həyata keçiriləcək.
Bakı 







