ABŞ dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu arasında ilk videokonfransda vasitəçilik edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Jadeed” diplomatik mənbələrə istinadla məlumat yayıb.
“Bu, üçtərəfli danışıqlar olacaq”, - mənbə bildirib.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Netanyahu ilə Aunun aprelin 16-da telefon danışığı aparacağını açıqlamışdı. O, bunun İsrail və Livan liderləri arasında 34 ildən sonra ilk söhbət olacağını söyləmişdi.
Bakı 




