q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

CƏMİYYƏT

16 Aprel 2026 | 15:24

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin bu gün imzaladığı Sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bəxtiyar İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. B.İsmayılov müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib./Report


SON XƏBƏRLƏR