• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

"Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik" - Mustafayev

SİYASƏT

16 Aprel 2026 | 14:34

Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik - Mustafayev

Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

O qeyd edib ki, hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər: "Biz əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcəkdir. Bu kontekstdə Azərbaycan və Rusiya Prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açmış və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib"./Report


SON XƏBƏRLƏR