Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 614 411,76 min ABŞ dolları dəyərində 3 273 515,13 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 184 328,19 min dollar dəyərində 355 470,34 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yerə Rumıniya tutur. Yanvar-mart aylarında bu ölkəyə 178 619,93 min dollar 372 051,77 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 2 500 709,51 min dollarlıq 5 077 834,33 ton neft ixrac edib.
Bakıvaxtı.az Azərbaycanın bu ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:
№ | Ölkələr | Statistik dəyər (min ABŞ dolları) | Miqdar (ton) |
- | Cəmi | 2 500 709.51 | 5 077 834.33 |
1 | İtaliya | 1 614 411.76 | 3 273 515.13 |
2 | Çexiya | 184 328.19 | 355 470.34 |
3 | Rumıniya | 178 619.93 | 372 051.77 |
4 | Almaniya | 127 484.41 | 270 476.00 |
5 | Portuqaliya | 112 357.89 | 223 549.41 |
6 | Tunis | 94 503.37 | 183 708.58 |
7 | Bolqarıstan | 67 865.34 | 130 821.20 |
8 | Xorvatiya | 40 819.95 | 86 166.17 |
9 | Türkiyə | 25 891.25 | 56 030.91 |
10 | Fransa | 24 140 | 61 000.04 |
11 | Digərləri | 30 287.43 | 65 044.78 |
Bakı 




