• Bakı 13° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Dua etməyin orqanizm üçün faydaları

    CƏMİYYƏT

    16 Aprel 2026 | 10:11

    Dua etməyin orqanizm üçün faydaları

    Dua praktikasına xas olan bədən hərəkətləri, nəfəs fasilələri və diqqətin cəmlənməsi orqanizmin fiziki vəziyyətinə nəzərəçarpan təsir göstərə bilər.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Medistate Kavacık” xəstəxanasının onkologiya şöbəsinin aparıcı mütəxəssisi, professor Erkan Topuz “Haber7” nəşrinə müsahibəsində danışıb.

    Onun sözlərinə görə, ritual praktikalar müasir tibbin adətən ayrı-ayrılıqda tövsiyə etdiyi elementləri, yəni müntəzəm fiziki aktivlik, idman hərəkətləri, nəfəsə nəzarət və stres səviyyəsinin azaldılmasını özündə birləşdirir. Bu hərəkətlərin gün ərzində bir neçə dəfə icra olunması qan dövranının yaxşılaşmasına və oynaqların hərəkətliliyinin qorunmasına kömək edir.

    Mütəxəssis başın ürək səviyyəsindən aşağı olduğu bədən vəziyyətlərinə xüsusi diqqət yetirib. Belə vəziyyətlərdə beyinə qan axını arta, bunun nəticəsində isə sinir sisteminin rahatlama ilə bağlı sahələri aktivləşə bilər. Nəticədə stres səviyyəsi azalır, ürək ritmi normallaşır və kortizolun ifrazı azalır.

    “Bu hərəkətlərin gün ərzində beş-altı dəfə təkrarlanması maddələr mübadiləsi zamanı limfa sisteminin fəaliyyətini də stimullaşdıra bilər”, – deyə həkim vurğulayıb.

    Topuz, həmçinin təkrarlanan hərəkətlərin və diqqətin cəmlənməsinin sinir sisteminə təsirini qeyd edib. Bu cür hərəkətlər neyroplastikliyi dəstəkləyə, yuxu keyfiyyətini yaxşılaşdıra və narahatlıq səviyyəsini azalda bilər.

    “Gün ərzində müntəzəm fasilələr və bu fasilələrin şüurlu hərəkətlərlə müşayiət olunması beynin prefrontal qabığının aktivləşməsi hesabına qərarvermə qabiliyyətinə müsbət təsir göstərə bilər”, – deyə ekspert bildirib./Azərtac


    SON XƏBƏRLƏR

    15 Aprel 2026