Əksəriyyət qışda aldığı artıq çəkidən qurtulmaq və yaza formada girmək istəyir. Mütəxəssislər xəbərdarlıq edir ki, sürətli arıqlamaq istəyi ilə edilən yanlışlar həm prosesi ləngidir, həm də sağlamlığa zərər verə bilər.
Bakıvaxtı.az-ın məlumatına görə, qidalanma üzrə mütəxəssis Ceren Güven bildirir ki, bahar dövrü çoxları üçün yeni başlanğıc kimi qəbul edilsə də, gözlənilən nəticənin alınmamasının əsas səbəbi fərqində olmadan edilən səhvlərdir. Onun sözlərinə görə, böyük dieatalar və nəzarətsiz istifadə olunan arıqlama çayları ciddi risk yaradır, hətta qaraciyərə zərər verə bilər.
Arıqlamağa mane olan əsas səhvlər:
Uzun müddət ac qalmaq – Metabolizmi yavaşladır, sonradan daha çox yeməyə səbəb olur.
Kifayət qədər protein qəbul etməmək – Əzələ itkisinə və metabolizmanın zəifləməsinə gətirib çıxarır.
Az su içmək – Metabolik prosesləri ləngidir, aclıq hissini artırır.
Çox aşağı kalorili diyetalar – Qısa müddətli effekt versə də, davamlı deyil və çəkini geri qaytarır.
Hərəkətsizlik – Kalori sərfiyyatını azaldır, arıqlama prosesini zəiflədir.
Yuxu çatışmazlığı – Aclıq hormonlarını artırır, daha çox yeməyə səbəb olur.
Stress və emosional qidalanma – Xüsusilə yüksək kalorili qidalara meyli artırır.
Böyük dietalara üstünlük vermək – Metabolizmanı zəiflədir, əzələ itkisi yaradır.
Arıqlama çaylarını nəzarətsiz istifadə etmək – Yağ deyil, əsasən su itkisinə səbəb olur və sağlamlıq üçün risklidir.
Mütəxəssislər vurğulayır ki, sağlam arıqlamaq üçün balanslı qidalanma, kifayət qədər su qəbulu, müntəzəm fiziki aktivlik və düzgün yuxu rejimi əsas şərtlərdir.
Aynur Babazadə
Bakı 




