q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Livan Prezidentinin İsraillə danışıqlar üçün ŞƏRTİ

DÜNYA

16 Aprel 2026 | 15:06

Livan Prezidentinin İsraillə danışıqlar üçün ŞƏRTİ

Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib.

    Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmaqda maraqlı olduğunu deyib.

    O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə edib.

    “İsrail qüvvələrinin Livan ərazilərini tərk etməsi atəşkəsin möhkəmlənməsi üçün vacib addımdır. Beynəlxalq qanunla müəyyən olunmuş sərhədlərə Livan ordusu yerləşdirilməlidir”, - Livan Prezidenti qeyd edib.


    SON XƏBƏRLƏR