q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Korovinin kürəkəni Güneli işdən çıxardı: "Nə olsun ki, şəhid qızısan?"

CƏMİYYƏT

16 Aprel 2026 | 15:48

Korovinin kürəkəni Güneli işdən çıxardı: Nə olsun ki, şəhid qızısan?

“Space” Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb. 

Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb. Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib.

Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib. 

Günel Şahmalıqızı sayta açıqlamasında yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh verməyib.

Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi kürəkəni Nəriman Əbdüləliyevə həvalə olunub.


SON XƏBƏRLƏR