q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Bakıda 5 avtomobildən oğurluq edildi - Saxlanılan var

HADİSƏ

16 Aprel 2026 | 17:36

Bakıda 5 avtomobildən oğurluq edildi - Saxlanılan var

Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.

Faktlar üzrə araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR