• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

"ABŞ gəmilərini Hörmüzdə batıracağıq"

DÜNYA

16 Aprel 2026 | 14:24

ABŞ gəmilərini Hörmüzdə batıracağıq

Tramp Hörmüz boğazının polisi olmaq istəyir, amma biz heç bir halda dəniz blokadası ilə bağlı qısamüddətli danışıqlarda irəli sürdüyümüz on şərtdən geri çəkilməyəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai deyib.

“Atəşkəsin uzadılması qətiyyən bizim maraqlarımıza uyğun deyil. Bu mənim şəxsi fikrimdir. Təzyiq artırılmalıdır. Amerika dəniz qüvvələri artıq raketlərimizin hədəfindədir və biz onların hamısını batıracağıq. Onların heç birinin bizdən qaçmasına imkan verməyəcəyik. Çox güman ki, qardaşlarımız raketləri yerindən tərpədib və indi onlar “Abraham Linkoln” və bütün Amerika hərbi gəmilərini hədəf alıblar”, - o bildirib.


SON XƏBƏRLƏR