q
  • Bakı 11° C

    10.57 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb

CƏMİYYƏT

25 Aprel 2026 | 13:26

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir. Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi qiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.

    Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.

    Qeyd edək ki, avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir.


    SON XƏBƏRLƏR

    24 Aprel 2026