Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.
Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo
Bakı 




