q
  • Bakı 10° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Kenan Yıldız "Milan"la oyunu buraxa bilər

İDMAN

24 Aprel 2026 | 22:05

Kenan Yıldız Milanla oyunu buraxa bilər

"Yuventus"un futbolçusu Kenan Yıldız "Milan"la qarşıdakı oyunu buraxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nüfuzlu italyalı jurnalist Canluka di Marzio məlumat yayıb.

Hücumçu ötən gün Turin təmsilçisinin məşqində iştirak etməyib. Türkiyə millisinin üzvündən əlavə, serbiyalı hücumçu Duşan Vlahoviç də məşqi buraxıb. İki aparıcı hücumçunun olmaması "qoca sinyora"nın məşqçilər heyəti üçün "San Siro" səfərindən əvvəl ciddi problemlər yaradır.

Digər tərəfdən, "Yuventus" üçün müsbət xəbərlər də var. Emil Holm, Vasiliye Adziç, Kefren Tyuram və Mattia Perin də daxil olmaqla bir qrup oyunçu tam sağalıb. Baş məşqçi Luçiano Spalletti qarşıdakı oyunda onlara güvənə biləcək.

Sözügedən komandaların matçı isə aprelin 26-da keçiriləcək.

 


SON XƏBƏRLƏR

24 Aprel 2026