İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi Arne Slotun gələcəyi ilə bağlı yeni detal ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, klub rəhbərliyi niderlandlı mütəxəssisin istefaya göndərilməsi ilə bağlı yekun rəsmi açıqlama verməsə də, məşqçilər korpusuna yeni təyinat hazırlığı onun postunda qalacağına işarə kimi qiymətləndirilir. “Liverpul”un Etien Reyneni məşqçilər heyətinə cəlb etməyə yaxın olduğu bildirilir.
39 yaşlı mütəxəssis standart vəziyyətlər üzrə mütəxəssis kimi tanınır. O, daha əvvəl Slotla həm futbolçu kimi eyni komandada çıxış edib, həm də “Feyenoord”da onunla birlikdə çalışıb. “Liverpul” Reyneni Slotun 2024-cü ildə kluba gəlişi zamanı da heyətə qatmaq istəyib, lakin iş icazəsi ilə bağlı problemə görə proses reallaşmayıb.
Bununla belə, niderlandlı mütəxəssisin durumu tam təhlükəsiz sayılmır. Mövsümsonu hesabatının və klubdaxili qiymətləndirmənin yekun qərarda həlledici rol oynayacağı qeyd olunur. Azarkeşlərin böyük hissəsinin Slotun işindən narazı qalması da rəhbərliyin nəzərə aldığı məqamlardan biridir.
Bakı 




