q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

DÜNYA

25 Aprel 2026 | 09:57

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Pakistan Prezidenti Asif Əli Zərdari aprelin 25-dən mayın 1-dək Çinə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Zərdari aprelin 25-dən 27-dək Çanşa şəhərinə (Xunan əyaləti) səfər edəcək, daha sonra isə aprelin 28-dən mayın 1-dək qalacağı Sanya şəhərinə (Xaynan əyaləti) yollanacaq.

Səfər zamanı əyalət rəhbərlikləri ilə görüşlər planlaşdırılıb. Bu görüşlərdə tərəflər iqtisadi və ticarət əməkdaşlığına, həmçinin Çin-Pakistan İqtisadi Dəhlizinin (China-Pakistan Economic Corridor) reallaşdırılmasına xüsusi diqqət yetirərək Pakistan və Çin arasındakı ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Bildirilib ki, səfər iki ölkə arasında müntəzəm yüksək səviyyəli təmaslar ənənəsi çərçivəsində həyata keçirilir və bu il qeyd olunan diplomatik münasibətlərin qurulmasının 75 illiyi ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir.


SON XƏBƏRLƏR

24 Aprel 2026