q
  • Bakı 10° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

“Ən yaxşı snayper” adı uğrunda yarışı keçirildi - FOTOLAR

CƏMİYYƏT

24 Aprel 2026 | 19:38

“Ən yaxşı snayper” adı uğrunda yarışı keçirildi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. 

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata göSərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.

Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.


SON XƏBƏRLƏR