q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Ucarda çaqqal sakinlərə hücum etdi

HADİSƏ

25 Aprel 2026 | 10:34

Ucarda çaqqal sakinlərə hücum etdi

Ucarın Rəstəcə kəndində çaqqal sakinlərə hücum edib.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, vəhşi heyvan kəndin 3 sakininə xəsarət yetirib.

72 yaşlı kənd sakini Güləndam Məmmədova həyətində kənd təsərrüfatı işləri ilə məşğul olan zaman çaqqal hücumuna məruz qalıb.

“Əkin əkirdim, gördüm arxadan nəsə atılıb məni yerə yıxdı. Dönüb gördüm ki, çaqqaldır. Gözümə inana bilmədim, qışqırdım. Yoldaşım yanımda idi, 1 dəqiqə deyildi ki, getmişdi”, - o qeyd edib.

Bədəninin müxtəlif nahiyələrindən ağır xəsarət alan Güləndam Məmmədovanın köməyinə 65 yaşlı qonşusu Fatma Həsənova gəlib. Çətinliklə də olsa, çaqqal ərazidən uzaqlaşdırılıb.

Hadisədən təxminən 20 dəqiqə sonra çaqqal yenidən qayıdaraq bu dəfə Fatma Həsənovanın həyətində ona hücum edib. Nəticədə, hər iki şəxs müxtəlif xəsarətlər alıb. Hadisə zamanı 65 yaşlı Musa Həsənov həyat yoldaşı Fatma Həsənovanı xilas etməyə gələrkən, çaqqal onun barmağını dişləyərək qoparıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər - biri kişi, ikisi qadın olmaqla təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.


SON XƏBƏRLƏR

24 Aprel 2026