q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Ordumuzda atıcılıq üzrə birincilik başa çatıb

SİYASƏT

25 Aprel 2026 | 10:18

Ordumuzda atıcılıq üzrə birincilik başa çatıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını vurğulayıblar.

Qeyd edilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və medallarla təltif olunublar.


SON XƏBƏRLƏR

24 Aprel 2026