• Bakı 16° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

CHP-də nə baş verir?

SİYASƏT

25 May 2026 | 09:16

CHP-də nə baş verir?

CHP-də mütləq etibarsızlıq qərarından sonra partiyanın Ankara qərargahında gün ərzində ciddi gərginlik yaşanıb.

Bakıvaxtı.az-ın "TRT Haber"ə istinadla məlumatına görə, Ankara Regional Ədalət Məhkəməsinin nümayəndələri "Özəl–qurultay" işi ilə bağlı qərarı çatdırmaq üçün birbaşa CHP binasına daxil olublar. Bildiriş təqdim edildikdən sonra Özgür Özəl qərargahı tərk edib.

Səhər saatlarında məhkəmənin qərarı ilə CHP sədri vəzifəsinə yenidən bərpa olunan Kamal Kılıçdaroğlunun tərəfdarları partiya qərargahına gəliblər.

Onlar binaya daxil olmağa çalışarkən, qərargahın içində olan və Özgür Özəli dəstəkləyən şəxslərlə aralarında qarşıdurma yaşanıb. Qərargahın bağçasında fiziki qarşıdurma baş verib, çöldən gələn qrupun üzərinə daş və şüşə atıldığı bildirilib.

Gərginlik artdıqca qərargahın giriş və çıxış nöqtələri CHP-yə məxsus avtomobillərlə bağlanıb.

Qərargahın yerləşdiyi küçə və ətraf yollar nəqliyyat üçün qapadılıb, polis əraziyə geniş şəkildə cəlb olunub. Binaya daxil olmağa çalışan başqa qruplar da polis baryerlərini aşmağa cəhd ediblər və buna görə Çevik Qüvvələr müdaxilə edib.

Təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək üçün birbaşa CHP qərargahına daxil olub.

Qeyd edək ki, Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik 23 və 24 may tarixlərində Ankara Polis İdarəsinə müraciətlər edərək bildirib ki, partiyanın təmsil səlahiyyəti Kılıçdaroğluna məxsus olsa da, qərargah əvvəlki rəhbərlik tərəfindən boşaldılmayıb. Bu səbəbdən təhlükəsizlik qüvvələrinin lazımi addımları atması xahiş olunub.

Murad İsmayıl


SON XƏBƏRLƏR

24 May 2026