Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.
İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) güləşəcək.
Cəbrayıl Hacıyev bürünc medal görüşünə çıxacaq. 79 kq çəki dərəcəsində yarışan təmsilçimiz Rasul Şapiyev (Şimali Makedoniya)/Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.
Bakı 




