q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycanda internetin sürəti artıb

CƏMİYYƏT

25 Aprel 2026 | 09:47

Azərbaycanda internetin sürəti artıb

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (91,37 Mbps) görə fevral ayına nisbətən 1 pillə geriləyərək 153 ölkə arasında 81-ci olub.

Bakıvaxtı.az "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (73,60 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 24 % artıb.

Azərbaycan bu göstərici ilə Rusiya (91,29 Mbps), Türkiyə (80,02 Mbps), İran (26,00 Mbps), Gürcüstan (44,73 Mbps), Ermənistan (84,16 Mbps), Belarusu (90,61 Mbps), Qazaxıstan (88,10 Mbps), Qırğızıstanı (87,14 Mbps) və Tacikistanı (45,10 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (425,46 Mbps), axırıncı yeri isə Kuba (3,83 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə mövqe dəyişmədən 95,43 Mbps sürətlə 105 ölkə arasında 50-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (681,18 Mbps), sonuncu yeri isə Eritreya (4,75 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 202 şəhər arasında 91,45 Mbps sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (422,09 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,97 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 115,92 Mbps sürətlə 153 şəhər arasında 83-cü yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (668,03 Mbps), sonuncu yeri Asmara (Eritreya) (4,75 Mbps) tutub.


SON XƏBƏRLƏR

24 Aprel 2026