Pentaqonun yaxınlığında Departament əməkdaşlarının xəsarət aldığı yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Korporativ Kommunikasiyalar Departamentinin bəyanatına istinadən “Fox News” telekanalı məlumat yayıb.
“Avtobus qəzaya düşüb... 23 sərnişin yaralanıb. 23 nəfərdən 10-u müdafiə idarəsinin əməkdaşıdır”, - məlumatda deyilir.
Pentaqonun Təhlükəsizlik Xidmətinin məlumatına görə, 18 nəfər xəstəxanaya yerləşdirilib, 5 yaralıya isə hadisə yerində tibbi yardım göstərilib.
Bakı 




