q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Elmira Süleymanovanın anım günüdür

SİYASƏT

25 Aprel 2026 | 10:02

Elmira Süleymanovanın anım günüdür

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın anım günüdür.

Bakıvaxtı.az-ın məlumatına görə, Elmira Süleymanovanın vəfatından iki il ötür.

    O, 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Elmira Süleymanova 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

    O, 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. Elmira Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

    Elmira Süleymanova 2024-cü il aprelin 25-də 86 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.


    SON XƏBƏRLƏR

    24 Aprel 2026