q
  • Bakı 12° C

    13.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İranda daha bir edam hadisəsi

DÜNYA

25 Aprel 2026 | 11:48

İranda daha bir edam hadisəsi

İranda İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" "Tasnim" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, edam edilən Ərfan Kiani "Mossad"a işləməkdə, eləcə də bu il ölkədə keçirilən ümummilli etirazlar zamanı vandalizm və zorakılıq aktlarında iştirakda təqsirli bilinib.

İran hakimiyyətinin məlumatına görə, Kianinin İsfahanda yandırma, əmlakın dağıdılması və əhalini təşvişə salmaqda əli olub. O, həmçinin soyuq silahdan istifadədə ittiham olunur.

Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2026